4 iyun 2013 01:44
Elhad Nəziri Azərbaycanı Rumıniyada 51-ci etdi
Rumıniya mətbuatı geridə qalan mövsümlə bağlı statistik məlumatlar hazırlayıb. Azerisport.az xəbər verir ki, siyahıda “Petrolul”un azərbaycanlı müdafiəçisi Elhad Nəziri ilə də bağlı maraqlı faktlar açıqlanıb.
Qeyd edək ki, Azərbaycan yığmasının futbolçusu “Petrolul”a ötən qışda keçmişdi. Elhad yeni komandası ilə geridə qalan mövsümdə cəmi 184 dəqiqə meydanda olub.
Nəziri həm də Rumıniya futbolunun tarixinə düşüb. Belə ki, o, Azərbaycanın bu ölkədə çıxış edən ilk futbolçusu olub. Nəticədə, Azərbaycan Rumıniya çempionatında oyunçusu ilə təmsil olunan 51-ci ölkə kimi tarixə keçib.
