3 iyun 2013 14:02
Elnur Abdullayev: XL Avropa Liqasında mümkün qədər irəli getməyə çalışacaq
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayevin azerisport.az saytına müshaibəsi
- “Xəzər Lənkəran” Premyer Liqanın 9-cu pillədə başa vurdu, kubokda isə finalda uduzdu. Mövsümü necə qiymətləndirə bilərsiz?
- Mənə elə gəlir ki, kubokda uğur qazana bilsəydik, çempionatdakı uğursuz çıxışımızı sığortalaya bilərdik. Mövsümün əvvəlində qarşımıza tamamilə fərqli hədəflər qoyulmuşdu. Amma biz onların heç birinə nail ola bilmədik. Bu üzdən məncə artıq sözə ehtiyac yoxdu.

- Amma ən azından Avropa Liqasına vəsiqə qazandınız. Nə gözləyirsiz?
- Bu, öz gücümüzü göstərmək baxımından ən yaxşı şansdı. Lənkəran artıq çoxdandı avrokubok oyunlarını qəbul etmir. Azarkeşlərimiz isə buna layiq deyillər. Buna görə də Avropa Liqasında mümkün qədər çox irəli getməli, azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışmalıyıq.

- Komandanız ilk mərhələnin püşkatması zamanı səpələnmişlər siyahısında olacaq. Bu isə o deməkdi ki, nisbətən zəif rəqiblə qarşılaşacaqsız. Rəqibləriniz barədə düşünməmisiz?
- Hələ yox. İndi istirahət etmək lazımdı. İstənilən halda avrokuboklarda iştirak edən bütün klublarımızın uğur qazanmasına azarkeşlik edəcəyik. “Xəzər Lənkəran” da rəqibin kimliyindən asılı olmayaraq, mərhələ adlamağa çalışacaq.

- “Xəzər Lənkəran”ın Avroliqaya “Neftçi”nin çempionluğu sayəsində vəsiqə qazanması haqda söhbətlərə son qoymaq üçün yaxşı şansınız olsa da, kuboku qazana bilmədiniz...
- Biz “Neftçi”yə yalnız penaltilərlə uduzduq. Özü də biz çempionatda da onlara qarşı bərabər mübarizə aparmışdıq. “Neftçi” öz işini gördü, çempion oldu. Biz də öz məqsədlərimiz üçün çalışdıq. Əgər biz avrokuboklara onların sayəsində vəsiqə qazansaydıq, onda final matçı darmadağınla bitərdi. Bizə ən azından 3-4 qol vurardılar.
- Final matçından xeyli vaxt keçsə də, hələ də oyundan sonrakı qalmaqal barədə söhbətlər səngimək bilmir...
- Mən yenidən bu barədə danışmaq istəməzdim. Həm də günahkarlar artıq cəzalarını alıblar. Sadəcə, başa düşmək lazımdı ki, bu, komandalarımız arasında son oyun deyil və onları da Lənkərana səfər gözləyir. Belə əlavə gərginlik yaratmaq nəyə lazımdı, anlamıram. Bu, futboldu, fikrimizi oyuna cəmləməliyik, elə qalmaqallara yox.