4 iyun 2013 21:55
Qazaxıstan sonuncu, ABŞ 5-ci oldu (YENİLƏNİB)
AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən III Caspian Cup beynəlxalq turniri başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, bu gün final mərhələsi çərçivəsində dörd görüş baş tutub.
5-ci yer uğrunda oyunda ABŞ Özbəkistanla qarşılaşıb. Amerikalı futbolçular darmadağınla qalib gələrək, turniri beşinci yerdə başa vurublar. 7-ci yer uğrunda oyunda Bolqarıstan Uruqvayla üz-üzə gəlib. Bu görüşdə də Uruqvay qələbəni bayram edən tərəf olub.
Qazaxıstan və İordaniya 11-ci yer uğrunda mübarizə aparıblar. Penaltilərlə uduzan qazaxlar bu turnirin sonuncusu olublar. Qırğızıstanı məğlub edən Tacikistan isə 9-cu olub.
III Caspian Cup
Final mərhələsi
4 iyun
7-ci yer uğrunda oyun
Bolqarıstan – Uruqvay - 2:3
5-ci yer uğrunda oyun
ABŞ - Özbəkistan - 5:2
9-cu yer uğrunda oyun
Qırğızıstan – Tacikistan - 1:2
11-ci yer uğrunda oyun
Qazaxıstan – İordaniya - 2:2 (penaltilərlə 6:7)
