4 iyun 2013 00:41
İnter Türkiyədəki ilk gününü iki məşqlə başa vurdu
Xəbər verdiyimiz kimi, “İnter” artıq Türkiyədə hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, “bankirlər” toplanışın birinci günündə 2 məşqlə kifayətləniblər.
Komanda saat 10:30-da və 17:00-da məşqə çıxıb. Səhər məşqində “İnter” əsasən fiziki məşğələləri yerinə yetiriblər. Axşam məşqindəsə futbolçular daha çox topla məşq ediblər, sonra bir neçə qrupa bölünüblər və top alma üzərində çalışıblar.
Qeyd edək ki, bu gün də iki məşqin keçirilməsi planlaşdırılır.
