3 iyun 2013 15:33
Syomin Çertoqanovu Qəbələyə qaytara bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov yenidən “Qəbələ”yə qayıda bilər. Azerisport.az xəbər verir ki, yığmamızın Ukrayna əsilli milliləşən üzvü bölgə təmsilçisindən Luis Araqon tərəfindən uzaqlaşdırılmışdı.
Amma Syomin baş məşqçi postuna gələndən sonra ona təklif olunan futbolçulardan biri də məhz Çertoqanov olub. Hazırda Syomin dayaq yarımmüdafiəçisi mövqeyinə oyunçu axtarır. Başqa variantlar alınmayacağı halda, Aleksandrın “Qəbələ”yə dönməsi istisna olunmur.
