3 iyun 2013 15:49
Fərid Quliyev hansı klublardan dəvət alıb?
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev hələ də özünə yeni klub tapmayıb. Azerisport.az xəbər verir ki, son mövsümü “Kəpəz”də keçirən forvard hazıra yeni iş yeri axtarışındadı.
Gəncə klubu ilə müqaviləsi başa çatdığı üçün Quliyev azad agent statusu daşıyır. Onunla daha çox iki paytaxt klubu maraqlanır. Bunlar AZAL və “Rəvan”dı. Fəridin bu klublardan hansına keçəcəyi yaxın bir həftə ərzində bilinməlidi.
