3 iyun 2013 17:03
Subaşiç: Hansı klubda oynayacağıma Lüksemburq ilə oyundan sonra qərar verəcəm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi
- Lüksemburqla oyuna hazırlıqlar necə gedir?
- Uşaqlar məşqlərə çox ciddi yanaşırlar. Bilirik ki, asan oyun olmayacaq. Lüksemburqun yaxşı komandası var. Çoxları onları zəif hesab edir. Amma bizim üçün ən əsası yüksək səviyyədə hazırlıq keçməkdi. Onların Bakıya məğlub olmaq üçün gəldiyini düşünmək ağılsızlıq olar.

- Yorğunluq hiss etmirsiz? Axı mövsüm yenicə bitib...
- Mümkündü ki, bəzi futbolçularda yorğunluq var. Amma məşqlərdə bu, hiss olunmur. Çünki söhbət yığmanın oyunundan gedir. Burda motivasiya həmişə yüksək olur. Azarkeşlərimizi ancaq qələbə qane edəcək. Tələsməməli, sakit oynamalıyıq. Komandada atmosfer çox yaxşıdı. Bu da müsbət məqamdı.
- Səfərdə heç-heçə etdiyimiz bu rəqibdən Bakıda nə gözləyirsiz?
- Onlar çox güman ki, maksimum güclə müdafiə olunub, şanslarını gözləyəcəklər və bundan yararlanmağa çalışacaqlar. Lüksemburq Portuqaliyaya qarşı çox yaxşı oynamışdı. Bizimlə də layiqli mübarizə apardılar. Amma Bakıda matçın taleyini biz özümüz həll etməliyik. Özü də daha yaxşı olardı ki, buna ilk yarıda nail olaq.

- Oyun “Bakcell Arena”da keçiriləcək. Bu stadionda ilk oyuna çıxmağınızın hansısa təsiri ola bilər?
- Biz əksər oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçiririk. Amma “Bakcell Arena” da yaxşıdı. Ən azından ona görə ki, bu arenada anşlaq olacağını gözləyə bilərik. Axı bu stadionun tutumu mərkəzi arena ilə müqayisədə bir qədər azdı.
- Komandamızın hücum xəttində problemlər var. Qətər yığmasının qapısına bir qol vurmağımız sizcə, normaldı?
- Bunun hücum xəttindəki problemlərdən xəbər verdiyini düşünmürəm. Bizim yaxşı hücumçularımız var. Qətərlə oyunda yığmamızın bir neçə üzvü iştirak etmirdi. Həm də bu, yoxlama matçı idi. Futbolçular arasında anlaşmanı yaxşılaşdırmağa çalışırdıq. Fikrimcə, bu qarşılaşmada biz bütövlükdə çox şeyə nail olduq.
- Yeni mövsümdən hansı klubda oynamağa hazırlaşırsız?
- “Qarabağ”la müqaviləmin müddəti başa çatıb. Amma mümkündü ki, yeni anlaşma imzalayaq. Hazırda mən ancaq yığmanın oyunu barədə düşünürəm. Lüksemburqla oyundan sonra karyeramla bağlı suallara aydınlıq gətirəcəm. Bir neçə variant var. Ən yaxşısını dəyərləndirməyə çalışacağam.