3 iyun 2013 17:32
Simurq daha bir futbolçu aldı (FOTO)
"Simurq" heyətini gənc futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Məhərrəm Hüseynovla iki illik müqavilə imzalayıb.
Gənc yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Məhərrəm Hüseynovun son klubu "Kəpəz" olub. 21 yaşlı futbolçu ötən mövsüm Gəncə təmsilçisinin heyətində 26 matçda forma geyinib və 2098 dəqiqə meydanda olub.
