4 iyun 2013 22:17
Neftçi Fənərbağçaya qalib gəldi
Futzal üzrə Azərbaycan Kubokunun final matçı keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda “Neftçi” İSM və “Fənərbağça” klubları qarşılaşıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub ki, daha dəqiq oynayan “Neftçi” İSM 4:3 hesabıyla üstün olaraq, kuboka yiyələnib.
