4 iyun 2013 22:46
Fariz Nəcəfov: Niasse ilə razılığa gəlmişik, amma Loskovla danışıq aparmamışıq
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Moskva “Lokomotiv”indən oyunçu almağa hazırlaşdıqları barədə xəbərləri şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Hələ Yuri Syomin bizə hansısa futbolçu ilə müqavilə bağlamağı təklif etməyib. Amma əgər o istəsə, niyə də olmasın”?
“Hələ Yuri Syomin bizə hansısa futbolçu ilə müqavilə bağlamağı təklif etməyib. Amma əgər o istəsə, niyə də olmasın”?
Qeyd edək ki, Rusiya mətbuatı “Qəbələ”nin “Lokomotiv”də çıxış edən 39 yaşlı yarımmüdafiəçi Dmitri Loskovu icarə əsasında heyətinə heyətinə qatacağını iddia edib. Lakin Nəcəfov bunu təsdiqləməyib: “Biz Loskovla heç bir danışıq aparmamışıq”.
Nəcəfovun sözlərinə görə, “Qəbələ”nin heyətini tam komplektləşdirməsi üçün daha bir neçə transferə ehtiyacı var: “Artıq iki futbolçu almışıq. Onlar azərbaycanlılardı. Bundan əlavə seneqallı İbrahima Niasse ilə də razılığa gəlmişik. Gözaltı etdiyimiz daha bir legioner var. Amma heyəti tam komplektləşdirmək üçün üç-dörd futbolçu almağımız lazımdı”.
