5 iyun 2013 21:50
Türkiyə yığması millimizi finalda darmadağın etdi (YENİLƏNİB)
AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən III Caspian Cup beynəlxalq turniri bu gün başa çatıb. Azerisport.az xəbər verir ki, son gündə iki həlledici görüş baş tutub.
3-cü yer uğrunda keçirilən oyunda Gürcüstan Yaponiya ilə qarşılaşıb. Görüşün əsas vaxtında hesab açılmayıb. Bu üzdən də qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Daha dəqiq oynayan yaponiyalılar penaltilər sayəsində qalib gələrək, Bakıda bürünc medallara sahib çıxıblar.
Həlledici görüşdə isə Azərbaycan millisi Türkiyə yığması ilə münasibətlərinə aydınlıq gətirib. Qardaş ölkə təmsilçisi millimizi darmadağın edərək, baş mükafata sahib çıxıb. Yığmamız isə yenə gümüş medallarla kifayətlənməli olub.
III Caspian Cup
Final mərhələsi
4 iyun
3-cü yer uğrunda oyun
Gürcüstan – Yaponiya - 0:0 (penaltilərlə 3:5)
Final
Azərbaycan - Türkiyə - 1:4
