4 iyun 2013 11:51
Xəzər Lənkəranın futbolçusu İsveçə qarşı 90 dəqiqə oynadı
“Xəzər Lənkəran”ın yeni transferi Nikola Qliqorovun çıxış etdiyi Makedoniya millisi növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, makedoniyalılar İsveçlə qarşılaşıb.
Oyun İsveç millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 39-cu dəqiqədə Aleks Kaçanikliç imza atıb.
Makedoniya millisinin baş məşqçisi Çedomir Yanevski “Xəzər Lənkəran”ın futbolçusuna start heyətində şans verib. Qliqorov matçı əvəzedilmədən keçirib.
