4 iyun 2013 12:03
Elxan Məmmədov: Türkiyə Super Kubokunu təşkil etmək üçün vaxt az idi
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyə Super Kubokunu Bakıda təşkil etməkdən boyun qaçırmalarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim bu oyunu təşkil etmək üçün çox az vaxtımız var idi. Həm də bizdə hazırda çoxlu tədbirlər var ki, fikrimizi Super Kubok qarşılaşmasına cəmləməyimiz mümkünsüz idi. Türkiyənin Super Kubok matçı çox ciddi yanaşma tələb edir. Bununla bağlı çoxlu işlər görülməlidi ki, belə qısa müddət ərzində biz buna nail ola bilməzdik. Qarşıda avrokuboklar, yığmamızın oyunu var”.