5 iyun 2013 00:08
Braziliyadakı DÇ-yə ilk vəsiqə sahibini tapdı
Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatına ilk vəsiqənin sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Yaponiya milli komandasıdı.
“Gündoğar ölkə” təmsilçisi Avstraliya ilə seçmə oyunda 1:1 hesablı heç-heçəyə nail olub. Bununla da xallarını 14-ə çatdıran baş məşqçi Alberto Zakkeroninin komandası qrupda 1-ci yeri təmin edib. Bununla da Yaponiya millisi ardıcıl 5-ci dəfə mundiala vəsiqə qazanıb. Əvvəlki çempionatlardan ikisində (2002, 2010) bu komanda hətta 1/8 finaladək irəliləməyi bacarıb.
Qeyd edək ki, dünya çempionatında 32 ölkə yığması mübarizə aparacaq. Braziliya təşkilatçı ölkə kimi mundiala birbaşa qatılacaq.
