4 iyun 2013 12:34
Yığmamızın oyununa bilet satışı davam edir (FOTOLAR)
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununun biletləri mayın 18-dən etibarən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, hazırda bilet satışı davam edir.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 4, 9, 14 və 50 AZN-dir. Satış nöqtələri ilə bağlı məlumatı bir daha diqqətinizə çatdırırıq:
28 Mall Ticarət Mərkəzi
Bakcell Arena-nın kassaları
“Park Bulvar” Ticarət və Əyləncə mərkəzi
