5 iyun 2013 00:27
İnterin Türkiyə hazırlığı davam edir
“İnter” Tükiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın direktoru Natiq Məmmədov da qardaş ölkəyə yollanıb.
Drektor bu səhər baş tutan məşqi izləyib. Məşqdən əvvəl Məmmədov komanda üzvlərinə bu toplanışın faydalı keçəcəyini bildirib və onlara çalışmalarda uğurlar arzulayıb.
Komandanın hazırlıqlarına gəlincə, səhər çalışmalasına futbolçular trenajor zalında başlayıblar. Daha sonra onlar meydana çıxıblar. Fiziki xarakterli məşq isinmə hərəkətlərindən, müxtəlif məsafələrə qaçışdan və digər fiziki hərəkətlərdən ibarət olub.
