5 iyun 2013 00:35
Ağayev: Lüksemburq ilə oyunda azarkeşlərimizin rəqibə təzyiqini görmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
“Komandada atmosfer çox yaxşıdı. Lüksemburqla görüşə hazırlıqları davam etdirik. Bizi demək olar ki, bərabər gücə malik olduğumuz rəqiblə vacib görüş gözləyir. Evdə mütləq qələbə qazanmalıyıq”.
“Komandada atmosfer çox yaxşıdı. Lüksemburqla görüşə hazırlıqları davam etdirik. Bizi demək olar ki, bərabər gücə malik olduğumuz rəqiblə vacib görüş gözləyir. Evdə mütləq qələbə qazanmalıyıq”.
“Bakı”nın qolkiperi Lüksemburqla səfər oyununu da xatırlayıb: “Biz onları səfərdə də məğlub edə bilərdik. Amma ələ düşən qol fürsətlərini boşa verdik. Rəqib haqda məlumat toplamışıq. Bu dəfə mütləq şanslarımızdan maksimum yararlanmalıyıq. Ümid edirəm ki, matç öncəsi baş məşqçi bizə daha nələrisə başa salacaq və qələbə qazana biləcəyik”.
Ağayev itkilərdən də danışıb: “Təəssüf ki, yığmanın heyətində bəzi itkilər var. Rauf Əliyevlə Vüqar Nadirov cəzalıdı. Halbuki, onlar bu oyunda bizə kömək edə bilərdilər. Amma bununla barışmalıyıq və oynamaq şansı qazanacaq futbolçular itkilərimizi hiss etdirməməlidi”.
Yığmamızın qapıçısı öz çıxışı barədə də danışıb: “İstənilən futbolçu yığmada 100 faiz gücünü qoymalıdı. Bizdən hər kəs nəticə gözləyir. Çalışmalıyıq ki, buna nail olaq”.
Ağayev azarkeşləri iyunun 7-də millimizə dəstək olmağa da səsləyib: “Biz bu oyunda tribunaların rəqibə təzyiqini görmək istəyirik. Bunun üçün isə azarkeşlərimiz stadionu tam doldurmalıdılar. Qələbələrimiz o qədər də çox deyil. Bizə qələbələrimizin sayını artırmaq yolunda fanatlarımızın dəstəyi də çox vacibdi. Bu, klub yox, yığma komandadı. Burda dəstək uğurun zəmanətidi”.
