4 iyun 2013 13:24
Hafiz Məmmədova Lansı almaq yolunda rəqib çıxdı
“Bakı”nın prezidenti Hafiz Məmmədovun rəhbəri olduğu “Baghlan Group”dan sonra Fransanın “Lans” komandasının səhmlərini almaq üçün daha bir müştəri çıxıb. Azerisport.az xəbər verir ki, bu haqda Fransanın “L’Equipe” nəşri məlumat yayıb.
Yazıda bildirilib ki, Lüksemburqun “Mangrove Capital Partners” fondu bununla əlaqədar “Lans” klubuna rəsmi müraciət edib.
“Lans”ın rəsmi saytı bununla bağlı xəbəri təsdiqləyib. Lakin Fransa klubunun sonda hansı seçimi edəcəyi hələlik bilinmir.
