4 iyun 2013 13:46

“Biz tələm-tələsik iş görə bilmərik”

AFFA "Galatasaray" və "Fenerbahçe" komandaları arasında Türkiyə Superkuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkili ilə bağlı Türkiyə Futbol Federasiyasının (TFF) müraciətini cavablandırıb. Azerisport.az xəbər verir ki, oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb.
 
Bu qərar nəinki qardaş ölkədə, hətta hər iki klubun xeyli azarkeşinin olduğu Azərbaycanda birmənalı qarşılanmayıb. Çünki AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun adından bir neçə gün öncə “Oyun böyük ehtimalla Bakıda keçiriləcək” açıqlaması yayılmışdı.
 
Nərimanoğlu müsahibəsində həm əvvəlki açıqlamasına, həm də TFF-in müraciətinə mənfi cavab vermələrinə aydınlıq gətirib:
 
- “Galatasaray” – “Fenerbahçe” matçının Bakıda təşkilinə ilkin razılıq verdiyiniz halda, fikrinizi dəyişməyinizə səbəb nə oldu?
- Mən heç vaxt “Oyun böyük ehtimalla Bakıda keçiriləcək” deməmişəm. Adımdan gedən açıqlamalarla tanış deyiləm. Yalnız onu bildirmişəm ki, belə bir təklif aldığımız üçün şadıq və böyük qürur hissi keçiririk, amma müraciətə baxılacaq və iyunun 3-dək müvafiq qərar veriləcək.
 
- Nəyə görə məhz iyunun 3-dək?
- Çünki TFF müraciətində xahiş etmişdi ki, cavabımızı iyunun 3-dək verək.
 
- TFF-in təklif etdiyi avqustun 11-dək 2 aydan çox vaxt var. Məgər bu qədər müddət hazırlıq üçün yetərli deyil?
- İyunun 30-dan iyulun 16-dək Bakıda hərbçilər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. İyulun əvvəllərindən klublarımız Avropa kuboklarında mübarizəyə başlayacaqlar. Azərbaycan millisi isə avqustun 15-də Bakıda Malta ilə yoldaşlıq görüşü keçirəcək. Belə oyunlara hazırlıq üçün xeyli vaxt lazımdır. Üstəlik, bu oyunlarla paralel olaraq, “Galatasaray” – “Fenerbahçe” matçının təşkilati işlərini çatdırmalı idik.
 
- Amma nəzərə alın ki, sadaladıqlarınızın əksəriyyəti Superkubok matçının keçirilməsi ehtimal olunan Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilməyəcək. Üstəlik, bu yarışların səviyyəsi İstanbul derbisi ilə müqayisə oluna bilməz...
- İstənilən yarışa hazırlıq üçün xeyli vaxt lazım gəlir. Məsələn, hazırda 17 yaşadək yığmalar arasında keçirdiyimiz “Caspian Cup”un hazırlıqlarına ötən ilin noyabrından başlamışıq. 2012-ci il 17 yaşadək qızlar arasında dünya çempionatına 2 ilədək hazırlaşdıq. 2016-cı ildə yeniyetmələr arasında keçirəcəyimiz Avropa çempionatının hazırlıqlarına ötən ildən start vermişik. 2020-ci il Avropa çempionatına hazırlıqla bağlı sərəncam bugünlərdə verildi. “Galatasaray” – “Fenerbahçe” matçının təşkilati işlərinə də 2 ay yox, daha çox vaxt lazımdır. Biz tələm-tələsik iş görə bilmərik.
 
- Demək, TFF AFFA-ya müraciət edərkən, vaxtın məhdud olduğunu düşünməyib?
- Bu, artıq onlara aid olan məsələdir. Biz onlara qarşı heç bir iradla çıxış edə bilmərik.
 
- “Neftçi” və “Xəzər Lənkəran” arasında Azərbaycan Kubokunun final matçından sonra baş verənlər, hazırda Türkiyədəki siyasi vəziyyət və ümumiyyətlə, “Galatasaray” – “Fenerbahçe” matçlarının əksərən qalmaqallarla müşayiət olunması qərarınızda nə dərəcədə rol oynadı?
- Əvvəla, AFFA siyasi təşkilat deyil. Digər tərəfdən, biz ümumilikdə təşkilati məsələlər üçün vaxt azlığını nəzərə alaraq, belə bir qərar vermişik.
 
- Bəs təhlükəsizlik məsələləri?
- Təşkilati işlərə təhlükəsizlik məsələləri də, bilet satışı da, teleyayım da daxildir.
 
- Növbəti il də belə bir müraciət olsa, razılıq verilə bilər?
- Bu, artıq 2014-cü ilə aid olan məsələdir. (Lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.