4 iyun 2013 14:16
Simurq loqotipini dəyişir
“Simurq” öz loqosunda dəyişiklik etmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubunun rəsmi saytı məlumat yayıb.
Bölgə təmsilçisi bununla bağlı müsabiqə elan edib. Loqo hazırlamağı bacaran hər bir kəs 11 iyun 2013-cü ilə qədər öz əl işlərini “Simurq”a təqdim edə bilər. Qalib seçilən şəxs klub tərəfindən pul mükafatı əldə edəcək.
Qeyd edək ki, göndərilən loqolarda simurq quşunun eskizi, qala, o cümlədən Zaqatala, “Simurq” və klubun yaranma tarixinin qeyd edilməsi mütləqdi.
