4 iyun 2013 15:56
“Lüksemburqa yenə qol vura bilməyəcəyimizə dair qorxumuz yoxdu”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- Zədəniz nə dərəcədə ciddidi?
- Qətərlə yoldaşlıq oyununda kiçik zədə aldım. İndi artıq hər şey normaldı. Fərdi proqram üzrə hazırlaşıram. Həkimlər də öz məsləhətlərini verirlər. Tezliklə ümumi hazırlıqlarda iştirak etməyə başlayacam.

- Lüksemburqla matçın start heyətində sizi görə biləcəyik?
- Oynamaq istərdim. Amma hələ heç nə bilmirəm. Hər şeyə Berti Foqts qərar verəcək. Qətərlə görüşdə ilk dəqiqələrdən meydanda olmağım Lüksemburqla görüşdə də start heyətə düşəcəyimə zəmanət vermir. Əslində kimin oynamasının ciddi fərqi yoxdu. Əsas odu ki, millimiz qələbə qazansın.

- Berti Foqts oyunçuları çox “yükləyir”?
- Mövsüm yenicə başa çatdığı üçün fiziki hazırlıqlarda o qədər də dərinə gedilmir. Amma hərtərəfli hazırlaşmağa çalışırıq.
- Bəs taktiki hazırlıqlar necə gedir?
- Yaxşı. Amma nə dərəcədə yaxşı olduğunu qarşıdakı oyun göstərməlidi.

- Lüksemburqla görüşdən nə gözləyə bilərik?
- Qələbə. İndiki məqamda bu, bizə çox lazımdı. Heç-heçə bizi qətiyyən qane etməyəcək. Mütləq qalib gəlməliyik.

- Yenidən bu komandaya qol vura bilməmək qorxusu yoxdu ki?
- Qorxu yoxdu. Çünki hər şey öz əlimizdədi. Sadəcə çalışmaq lazımdı ki, matçdan maksimum nəticə ilə ayrılaq. Bu, hardasa bizim üçün tsiklin ən vacib oyunudu. Çünki hamı bizdən ancaq qələbə gözləyir.

- Bu oyunda xal itkisi Azərbaycan millisinin 7 xallıq maksimum uğur həddini aşmasını əngəlləyəcək...
- Fikrimcə, biz Lüksemburqa qalib gələcəyik. Eyni zamanda bu tsikldə 7 xaldan artığını toplayacağımıza da inanıram.
- Qətərlə oyuna əsasən Lüksemburqu məğlub etməyimiz nə dərəcədə real görünür?
- Mən bu iki komandanı müqayisə etmək istəməzdim. Şübhəsiz ki, Qətər daha güclüdü. Özü də xeyli. Onlar reytinqdə də bizdən irəlidədilər. Buna baxmayaraq, onlara qarşı yaxşı oynadıq. Biz bu görüşdə təkcə rəqiblə yox, həm də Dohadakı istiyə qarşı mübarizə apardıq. Əgər qapımıza təyin olunan gülməli penalti olmasaydı, nəticə tam fərqli də ola bilərdi.

- Yığmamız ilk dəfə “Bakcell Arena”da meydana çıxacaq...
- Buna normal yanaşıram. Yaxşı stadiondu. Fikrimcə, burda keçirəcəyimiz elə ilk oyunumuzdaca qələbə qazanmağımızda problem olmaz.