4 iyun 2013 16:51
“Lüksemburq ilə oyunda bizi qələbədən başqa heç bir nəticə qane edə bilməz”
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımov millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Lüksemburqla görüşündən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Lüksemburq nə top-komanda, nə də ortabablardandı. Fikrimcə, yığmamız bu rəqibindən daha güclüdü. Azərbaycan millisi bu komanda üzərində qələbə qazanacaq potensiala malikdi. Lüksemburq məhz bizim məğlub edəcəyimiz rəqiblərdəndi. Səfərdə onlarla heç-heçə etmişik. Amma evdə qələbədən başqa heç bir nəticə qənaətbəxş sayılmayacaq. Artıq bacardığımızı meydanda göstərmək zamanıdı. Həmişə rəqibdən güclü olduğumuzu deyirik. İndi isə bunu qələbə qazanmaqla isbatlamalıyıq”.