4 iyun 2013 17:12
Foqts jurnalistlərin suallarını cavablandıracaq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburqla oyun öncəsi jurnalistlərin suallarını cavablayacaq. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərlə “Şeraton” otelində görüşəcək.
Tədbir sabah keçiriləcək və saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan – Lüksemburq matçı iyunun 7-də “Bakcell Arena”da keçiriləcək.
