4 iyun 2013 17:30
Dadaşov: Lüksemburq ilə oyunda qol vurmağa çalışacağam
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Kaiserslautern” klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
- Qətərlə oyunda siz Azərbaycan millisinin heyətində ilk qolunu vurdunuz. Yəqin ki, bu münasibətlə sizi təbrik etmək olar...
- Əlbəttə. Təbrikinizə görə çox sağ olun. Klubumda qol vura bilmirdim. Amma yığmada alındı.
- Lüksemburqa qarşı necə oynamağa hazırlaşırsız?
- Hücum futbolu sərgiləməliyik. Eyni zamanda bizə mümkün qədər aqressiv olmaq lazımdı.
- Hücum futbolu sərgiləməliyik. Eyni zamanda bizə mümkün qədər aqressiv olmaq lazımdı.
- Lüksemburq yığması Qətər millisindən güclüdü?
- Belə düşünmürəm. Mənə elə gəlir ki, Qətər yığması Lüksemburqdan daha güclüdü. Onlar dünya çempionatına çıxmaq üçün mübarizə aparırlar. Amma istənilən halda Lüksemburqla görüşdə də bizə çətin olacaq. Bacarığımızı göstərməliyik.

- Foqts hələ sizin oynayıb-oynamayacağınızı deməyib?
- Hələ bu barədə söhbətimiz olmayıb. Əgər meydana çıxsam, qol vurmaq üçün əlimdən gələni edəcəm.
- Hələ bu barədə söhbətimiz olmayıb. Əgər meydana çıxsam, qol vurmaq üçün əlimdən gələni edəcəm.
- Yığmanın heyətində özünüzü necə hiss edirsiz? Artıq komandaya alışmısız?
- Bəli. Heç bir problem yoxdu. Mənə burda çox rahatdı.
- Bəli. Heç bir problem yoxdu. Mənə burda çox rahatdı.
- Şayiələr gəzir ki, yayda “Kaiserslautern”i başqa kluba dəyişəcəksiz. Bu, doğrudu?
- İndi klubdakı işlərim barədə düşünmürəm. Bütün fikirlərim yığmanın qarşıdakı oyununa yönəlib. Klubda qalıb-qalmayacağımı şərh etmək istəmirəm.
- İndi klubdakı işlərim barədə düşünmürəm. Bütün fikirlərim yığmanın qarşıdakı oyununa yönəlib. Klubda qalıb-qalmayacağımı şərh etmək istəmirəm.
- Berti Foqtsla alman, bizimlə rus dilində danışırsız. Azərbaycan dilini öyrənməyə hazırlaşmırsız?
- Əlbəttə, hazırlaşıram. Suallarınıza doğma dilimizdə cavab vermək istəyirəm.