4 iyun 2013 17:43
Lüksemburq yığmasının açıq məşqi olacaq
İyunun 6-da "Bakcell Arena"da Lüksemburq yığmasının məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 19:00-da başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da Azərbaycan və Lüksemburq milli komandaları qarşılaşacaq.
