5 iyun 2013 18:05

Lyuk Holts: Ümid edirəm ki, Bakıdakı isti bizə problem yaratmayacaq

Azerisport.az sizi futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holtsun müsahibəsi ilə tanış edir.
 
- Azərbaycanla oyuna hazırlıqlarımız yaxşı keçdi. Futbolçular diqqətlə məşq edirdilər. Mənim xoşuma gəlməyən əsas məqamlardan biri Azərbaycanın Qətərlə yoldaşlıq görüşünü izləyə bilməməyimiz oldu. Biletləri almışdıq. Amma sonradan Azərbaycan tərəfi bəyan etdi ki, görüş bağlı qapılar arxasında keçiriləcək. Biz bununla bağlı FİFA-ya müraciət etsək də, bildirdilər ki, bu, tamamilə qanuni bir şeydi.
 
- Birdən-birə üç müdafiəçinin - Matias Yaniş, Tom Şnell və Gi Blezin bu oyunu buraxması sizi narahat etmir ki?
- Son zamanlar Massimo Martino və Tom Laterça heç də pis təsir bağışlamır. Müdafiənin mərkəzinə dörd namizədim var. Onların hamısının demək olar ki, eyni şansları var.
 
- Bunlardan biri yəqin ki, yeni milliləşən Maksim Şanodu...
- Mən onun komandaya daha yaxşı uyğunlaşması üçün bir yoldaşlıq görüşü keçirməyimizi istəyirdim. Bilirsiz ki, o, aprelin sonundan etibarən rəsmi oyunlara çıxmır. Bu yaxınlarda özü də bilrdirdi ki, tam formada deyil. Eyni sözləri Orelyen Yoahimə də aid etmək olar. Amma əminəm ki, qarşıdakı oyuna qədər hər iki hazır olacaq.
 
- Stefan Bensi Azərbaycanla oyunda iştirak edə biləcək?
- Şübhəsiz ki, o, Lüksemburqun ən yaxşı hücumçusudu. Özü də bu mövqedə oynamağa başqa keyfiyyətli oyunçumuz yoxdu. Baxmayaraq ki, iki hücumçu ilə oynamağa borcluyuq.
 
- Azərbaycanlılar adətən evdə daha yaxşı oynayırlar. Bu dəfə onları azarkeşləri də dəstəkləyəcəklər...
- Mən onların oyunlarını bir neçə dəfə izləmişəm. Azərbaycanlılar hər oyunda öz güclərini göstərirlər. Amma evdə qələbə qazanmaq üçün daha çox güc sərf edirlər. Onların ev oyunlarına baxmışam. Xüsusilə İsraillə oyunda meydan sahibləri qələbə qazanmalı idilər.
 
- İndi Bakıda 27 dərəcə isti var. Bu, sizi narahat etmir?
- Mən havanın isti keçməsinə həmişə sevinmişəm. Onda daha rahat geyimlər geymək olur. Ümid edirəm ki, Bakıdakı isti bizim futbolçular üçün problem yaratmayacaq. Bakıya iki gün öncə yollanmağımız da məhz buranın iqliminə alışmağımız üçün edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.