5 iyun 2013 11:08
“Komandamız adından AFFA-ya təşəkkür edirik”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Qazaxıstan – İordaniya matçından (2:2, penaltilərlə 5:4) sonra İordaniya millisinin baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Adnan Avap bunları dilə gətirib:
"Üç oyun ardıcıl məğlubiyyətdən sonra ruhdan düşmədik və qələbə qazandıq. Ümid edirəm ki, gələcəkdə bu oyunçuların arasından nəinki İordaniyanın, həm də Asiya qitəsinin ulduz futbolçuları çıxacaq. Belə yarışlarda nə qədər tez-tez iştirak etsək, təcrübəmizi bir o qədər artırmış olarıq. Turnirə dəvət olunduğumuz üçün komandamız adından AFFA-ya təşəkkür edirik".
