5 iyun 2013 11:31
“Turnir bizim üçün çox səmərəli oldu”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Qırğızıstan – Tacikistan matçından (1:2) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Marat İsrailov (Qırğızıstan yığmasının baş məşqçisi): "Bu oyunu nəzərə almasaq, ümumilikdə çıxışımızdan razıyam. Turnir bizim üçün çox səmərəli oldu. Səhvlərimizi görmək və bundan nəticə çıxarmaq fürsəti əldə edik. Turnirə dəvət olunduğumuz üçün AFFA-ya təşəkkür edirəm ".
Suzuki Çikaşi (Tacikistan yığmasının baş məşqçisi): "Bu komandada aprel ayından çalışıram. Yaponiyadan olduğum üçün Tacikistan yığmasının da yapon üslubunda - qısa ötürmələrlə və sürətli oynamasını istəyirəm. Amma bunun tətbiqi üçün zamana ehtiyac var".
