5 iyun 2013 11:43

“Biz Mançester Yunaytedi də Azərbaycana gətirmək istəyirik”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun azerisport.az saytına müsahibəsi
 
- Bu günlərdə növbəti Qəbələ Kubokuna yekun vuruldu. Yekun olaraq nə söyləyə bilərsiz?
- Biz bu turnirdə Avropanın ən güclü klublarının iştirakında maraqlı idik. İstəyirik ki, bizim uşaqlar aparıcı klublarda top qovan həmyaşıdlarından nələrisə öyrənsinlər. Futbolumuzun gələcəyi birbaşa bu uşaqlardan asılıdı. Əgər biz komandamızın çempionluğunu düşünsəydik, zəif klubları çağırardıq, birinci olmağımıza sevinərdik. Amma həmin turnirin heç bir faydası olmazdı.
 
- “Barcelona”nın yarımfinalda məğlubiyyəti sizi təəccübləndirmədi?
- Futbol proqnozu sevmir. Özü də uşaq futbolunda xüsusilə. “Barcelona” əla komandadı, sürətli futbol sərgiləyir. Amma “Feyenoord” da ən yaxşılardan biri idi. “Porto” da xarakter nümayiş etdirdi.
 
- “Barsa”nın heyətindəki Li diqqətinizi çəkmədi?
- Bu uşaq artıq çoxdandı özündən söz etdirir. O, bu turnirdə əla oyun nümayiş etdirdi. Amma gələcəyinin necə olacağı hələ bilinmir. Gözləmək lazımdı.
 
- Kataloniya klubunu Qəbələyə gətirmək nə dərəcədə çətin oldu?
- Biz analoji turniri ötən mövsüm də təşkil etmişdik. Hamı razı qalmışdı. Buna görə də turnir Avropada hələ bir il öncə özündən söz etdirmişdi. “Barcelona” da bizdən təklif alan kimi, bunu qəbul etdi. “Feyenoord” öz istəyi ilə Qəbələyə gəlmək istədi. Onlar ötən il də bu turnirdə iştirak etmişdilər. Gələcəkdə iştirakçıların sayını daha da artırmaq istəyirik.
 
- Bəs keyfiyyət?
- Təbii ki, bu amilə də xüsusi önəm veririk. Gələn mövsüm bura İtaliya və İngiltərə klubları da gələ bilər. “Manchester United”i Qəbələdə görmək istərdik.
 
- Əsas komanda ilə bağlı planlarınız necədi?
- İyunun 25-də futbolçularımız Qəbələdə bir araya gələcəklər. İyulun 1-dək komanda burda hazırlaşacaq. Daha sonra Türkiyədə iki həftəlik toplanış nəzərdə tutulub. Hazırlığın son mərhələsi isə Avstriyada baş tutacaq.
 
- Yeni gələnlər olacaq?
- Bəli. Bütün toplanış boyu hansısa futbolçuların baxışdan keçirilməsi mümkündü. Amma indidən konkret heç nə demək olmaz. Hər şeyə baş məşqçi Yuri Syomin özü qərar verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.