6 iyun 2013 00:01
“Hər şey yüksək səviyyədə idi”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə matçından (1:4) sonra rəqib komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Hakan Tecimer bunları dilə gətirib:
“Gözəl turnir oldu. Yeniyetmə futbolçuların inkışafı baxımından bu cür turnirlərin böyük əhəmiyyəti var. Oyuna gəlincə, Azərbaycan yığma komandası yaxşı oyun nümayiş etdirdi. Penaltidən sonra bizim komanda daha yaxşı oynamağa başladı. Təşkilatçılıq barədə onu deyə bilərəm ki, istər otel, istərsə də məşq meydançaları - hər şey yüksək səviyyədə idi”.
