6 iyun 2013 00:06
Millimizin baş məşqçisi: Məyus olsam da, qürur duyuram
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə matçından (1:4) sonra milli komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı çalışdırıcı bunları dilə gətirib:
“Təbii ki, məyusam. Ümumu götürdükdə, komandamın göstərdiyi oyun və əldə etdiyi nəticələrə görə qürur duyuram. Əksər komandalar yüksək səviyyəli oyun nümayiş etdirdilər. Penaltini vura bilmədik. Bundan sonra uşaqlar özlərinə gələ bilmədilər və qapımızda ilk qolu gördük. Qapımıza vurulan üçüncü qol isə oyunun qırılma nöqtəsi oldu. Həmin qoldan sonra futbolçular ruhdan düşdülər. Bu turnir Avropa çempionatının seçmə oyunları öncəsi komandamın qüvvəsini sınaması baxımından əhəmiyyət kəsb etdi. Yaxşı komandalara qarşı mübarizə apardıq”.
