5 iyun 2013 12:26
La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Valencia” klubu yeni baş məşqçiyə tapşırılıb. Azerisport.az xəbər verir ki, “yarasalar” Miroslav Dukiçlə yola davam edəcək.
Çempionlar Liqasına vəsiqə verən yer uğurunda “Real Sosyedad”a uduzan “Valencia” sebiyalı 47 yaşlı məşqçi vasitəsi ilə uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Dukiç 1997-2003-cü illər arasında futbolçu kimi “Valencia”nın formasını geyinib. Onun son iş yeri isə “Valladolid” olub.
