5 iyun 2013 12:38
İnter Türkiyədəki ikinci məşq gününü necə keçirdi?
“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsindəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın 2-ci gününə komanda trenajor zalındakı məşğələlərlə başlayıb.
Daha sonra futbolçular meydana yollanaraq bir saata yaxın davam edən məşqdə digər fiziki hərəkətlər üzərində çalışıblar.
Axşam saatlarında baş tutmuş ikinci məşqdə oyunçular qısa ötürmələr üzərində çalışıblar, topla digər hərəkətləri yerinə yetiriblər və iki komandaya bölünərək meydanın yarı hissəsində futbol oynayıblar.
Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" bu gün daha iki dəfə məşq edəcək.
