6 iyun 2013 00:23
Neftçi Avstriyada Almaniya və Türkiyə klubları ilə görüşəcək
Azərbaycan çempionu “Neftçi”nin hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “ağ-qaralar” bu turnirə Avstriyada hazırlaşacaq.
Böyükağa Hacıyevin yetirmələri bu ölkəyə iyunun 17-də yola düşəcəklər.
Qeyd edək ki, “Neftçi” Avstriyada 5-6 yoldaşlıq oyunu da keçirəcək. Azərbaycan çempionunun Almaniya, Çexiya, Türkiyə və Avstriya klubları ilə sınaq matçları keçirməsi nəzərdə tutulub.
