5 iyun 2013 12:47
Lüksemburq yığması Bakıdadı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Lüksemburq seçməsi artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, ötən gecə paytaxtımıza təşrif buyuran millimizin rəqibi “Hilton” otelində məskunlaşıb.
Bu gün Lyuk Holtsun yetirmələri Bakıda ilk məşqə çıxmağı planlaşdırır. Ayın 6-da isə yığmamızın rəqibi oyunun keçiriləcəyi arenada sonuncu hazırlığını keçəcək.
Qeyd edək ki, Azərbaycan – Lüksemburq oyunu iyunun 7-də “Bakcell Arena”da keçiriləcək.
