5 iyun 2013 13:07
Neftçi daha bir futbolçusu ilə nigah təzələdi
“Neftçi” daha bir futbolçusu ilə nigah təzələyib. Azerisport.az xəbər verir ki, bu, müdafiəçi İqor Mitreskidi.
Makedoniyalı futbolçu ilə yeni bir illik müqavilə imzalanıb. Bu isə ardıcıl üç ildi “Neftçi” ilə çempionluq sevinci yaşayan təcrübəli futbolçunun növbəti mövsümün sonunadək “ağ-qaralar”ın şərəfini qorumağa davam edəcəyindən xəbər verir.
