6 iyun 2013 00:54

Caspian Cup turnirinin ən yaxşı oyunçuları açıqlandı

AFFA-nın təşkilatçılığı ilə keçirilən III Caspian Cup beynəlxalq turnirinə bu gün yekun vurulub. Azerisport.az xəbər verir ki, III yer uğrunda oyunda Gürcüstan və Yaponiya yığmaları qarşılaşıb. Penalti seriyasında 5:3 hesabı ilə qalib gələn yaponiyalı futbolçular üçüncü yeri tutub.
 
Final oyununda Azərbaycan və Türkiyə yığmaları üz-üzə gəlib. 4:1 hesabı ilə qələbə qazanan Türkiyə yığması III Caspian Cup beynəlxalq turnirinin qalibi olub.
 
Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AccessBank-ın İdarə Heyətinin sədri Mixael Hoffmann və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov təqdim edib.
 
Əvvəlcə final oyununu idarə etmiş hakimlərə xatirə hədiyyələri və diplom verilib.
 
Uruqvay yığması turnirin Fair Play mükafatına layiq görülüb.
 
"Ən yaxşı qapıçı" nominasiyasının qalibi Türkiyə yığmasının üzvü Tarık Çetin olub.
 
Rəqib qapılarından 7 top keçirmiş ABŞ komandasının futbolçusu Bruks Lennon yarışın ən məhsuldar oyunçusu üçün təsis olunmuş mükafatı alıb.
 
Turnirin "Ən yaxşı oyunçu"su mükafatına Türkiyə yığmasının üzvü Enes Ünal layiq görülüb.
 
Yaponiya yığmasının üzvləri bürünc, Azərbaycan komandasının futbolçuları isə gümüş medallarla təltif edilib.
 
Sonda III Caspian Cup turnirinin kuboku Türkiyə yığma komandasına təqdim olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.