5 iyun 2013 13:21
Mahir Şükürov: Hücumdakı problemləri hücumçular özləri həll etməlidilər
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
- Lüksemburqla oyuna hazırlıqlar necə gedir?
- Lüksemburqla görüş öncəsi çox motivasiyalıyıq. Artıq qələbə qazanmaq zamanı yetişib. Bilirik ki, bütün diqqətlər hazırda bu oyuna yönəlib. Hamı bizdən bu qarşılaşmada qələbə gözləyir. Ona görə də hansısa yorğunluqdan danışa bilmərik.

- Qətərlə oyunla müqayisədə Lüksemburqla görüşdə hansısa dəyişikliklər olacaq?
- Bu oyunda daha aqressiv çıxış etməliyik. Fikrimcə, oyunun daha çox hissəsini hücumda keçirməli olacağıq. Çünki xal qazanmaq vaxtıdı.

- Sizə elə gəlmir ki, yığmanın hücum xəttində problemlər var?
- Azərbaycan yığmasında problemlər var. Həqiqətən də az qol vururuq. Amma hər bir futbolçu meydanda olan hücumçuya lazım olan dəstəyi göstərməlidi ki, o da qol vursun. İstənilən halda bu oyunda qələbə qazanmalıyıq. Bunun üçün isə komanda oyunu nümayiş etdirmək lazımdı. Düzdü, qol vəziyyətləri yaradırıq, sadəcə onları lazım olan qədər dəyərləndirə bilmirik. Bunda bəxt amili də sözünü dedi. Ancaq uğur qazanmaq haqda düşünmək lazımdı. Hücum xəttindəki problemləri forvardlarımız özləri həll etməyə çalışmalıdılar. Biz də kömək etməyə hazırıq.

- “Neftçi” “Xəzər Lənkəran”la Super Kubok oyununa da çıxa bilər. Bu oyunla bağlı gözləntiləriniz nədi?
- “Neftçi” daha bir titul qazanmağa hazırdı. Kiminlə oynamağımızdan asılı olmayaraq, biz bu görüşə çıxa bilərik. “Qızıl dubl”dan sonra indi də het-trikə imza atmaq şansımız yaranıb. Əgər bu matç baş tutsa, azarkeşlər üçün əsl bayram olacaq. Əminəm ki, “Xəzər Lənkəran” daha da gücləndiyi üçün bu görüş çox maraqlı keçəcək.