6 iyun 2013 01:27
Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanı bundan sonra Roberto Martines çalışdıracaq.
Bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Qeyd edək ki, son klubu "Wigan" olan çalışdırıcı ilə dörd illik müqavilə imzalanıb.
İspaniyalı mütəxəssis bu postda mövsümün sonunda “Manchester United”lə müqavilə imzalayan David Moyesi əvəzləyib.
Qeyd edək ki, 35 yaşlı mütəxəssis məşqçi karyerasına 2007-ci ildə "Swansea City" klubu ilə başlayıb. Martines son mövsüm "Wigan" klubu ilə İngiltərə Federasiya kubokunu qazanıb.
