6 iyun 2013 01:48
Dmitri Kramarenko rəsmən Qəbələli oldu (FOTO)
"Qəbələ" təcrübəli qapıçı Dmitri Kramarenko ilə birillik müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Kramarenko komandada oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, zəngin karyeraya malik qapıçı futbolçu həyatı boyunca "Neftçi", "Dinamo" (Moskva), "Torpedo" (Moskva), "Alaniya" (Vladiqafqaz), MOİK (Moskva), "Baltika" (Kalininqrad), "Karvan" (Yevlax), "Terek" (Qroznı), "Xəzər-Lənkəran", "İnter" (Bakı) və "Simurq" (Zaqatala) kimi komandalarda top qovub.
Dimitri Kramarenko 1992-ci ildən 2005-ci ilədək Azərbaycan milli komandasının qapısını qoruyub.
