6 iyun 2013 01:55
Georgi Nikolov Türkiyəyə getdi, İnterin məşqini izlədi (FOTO)
“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın 3-cü günündə ilk məşqə saat 11:00-da start verilib.
Yağış altında keçən məşq isinmə hərəkətlərindən və müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17:00-da başlayan məşqdə isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular daha sonra şərti olaraq iki komandaya bölünərək meydanın yarı hissəsində futbol oynayıblar.
Ötən gün "İnter"in prezidenti Georgi Nikolov da Türkiyəyə yollanıb, komandasının düşərgəsinə baş çəkib. Klub rəhbəri futbolçu, məşqçi və texniki heyətlə görüşüb, onların qayğılarıyla maraqlanıb və komandanın hər bir üzvünə toplanışda uğurlar arzulayıb. Daha sonra Georgi Nikolov "İnter"in axşam məşqini izləyib.
