5 iyun 2013 14:23
Berti Foqts: Lüksemburq bizə hədiyyə verməyəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburqla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
“Lüksemburq yığması bizə hədiyyə verməyə hazırlaşmır. Yığmamız bu oyunda bacardığı oyunu nümayiş etdirməyə çalışmalıdı. Onda qələbə qazanarıq. Cinahlardan hücumlar qurmağa daha çox çalışmalıyıq. Çünki rəqibin müdafiəsini mərkəzdən yarmaq heç də asan olmayacaq”.