5 iyun 2013 14:31
Berti Foqts: Flavinyo və Dodo? Bizim öz oyunçularımız kifayət qədərdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Neftçi” və “Qəbələ”nin yarımmüdafiəçiləri – Flavinyo ilə Dodonun millimizə dəvət olunmasına dair fikirlərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bunları söyləyib:
“Bu suala cavab vermək istəmirəm. Bizim özümüzün onsuz da kifayət qədər yaxşı oyunçularımız var. Dodoyla Flavinyo Braziliya pasportunu daşıyır. Ona görə də onlar Azərbaycan yığmasında çıxış edə bilməzlər”.
