5 iyun 2013 14:53

Berti Foqts: Lüksemburqa qalib gəlmək üçün...

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburqla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında öncə bunları dilə gətirib:

“Mən məşqlərdən razıyam. Artıq neçə gündü bu oyuna hazırlaşırıq. Qətərlə yoldaşlıq görüşü də bu baxımdan bizim üçün çox vacib idi. Şadam ki, bunu uğurlu şəkildə dəyərləndirə bildik. Təəssüf ki, bütün futbolçular formada deyil. Zədəlilərimiz var. Amma buna baxmayaraq bütün bacarığımızı nümayiş etdirə bilsək, qələbə qazana bilərik. Başa düşürəm ki, futbolda hər şey ola bilər. Sadəcə, bir şey dəqiqdi ki, Lüksemburq bizə hədiyyə verməyə hazırlaşmır. Qələbə qazanmaq üçün özümüz çalışmalıyıq”.
 
Rəqibdən danışarkən almaniyalı mütəxəssis bunları söyləyib: “Lüksemburq bu seçmə mərhələdə heç də pis oynamır, nəticələri də yaxşıdı. Biz standart vəziyyətlər üzərində çox çalışmalıyıq. Həm də hücumlarımızı daha çox cinahlardan qurmalıyıq. Rəqibin müdafiəsini mərkəzdən yarmaq bizə daha çətin olacaq”.
 
Foqts cəzalı Rauf Əliyevlə Vüqar Nadirovun yoxluğundan da danışıb: “Problem təkcə Raufla Vüqarın yoxluğunda deyil. Əsas problem müdafiədən hücuma tez keçə bilməməyimizdi. Əgər bizim hücum xəttimizdə hətta Mario Qomes də oynasa, sürətli hücumlar təşkil etmədən qol vura bilmərik. Əsas problemlərimizdən biri də ondan ibarətdi ki, Premyer Liqanın bombardirləri sırasında bir nəfər də olsun, azərbaycanlı futbolçu yoxdu. Təəssüf ki, bu oyunda Pərdis Fərcad-Azadla Cihan Özkara da oynaya bilməyəcək. Arif İsayevi çoxdan idi iş başında görmürdüm. Qətərlə oyunda o, özünü göstərə bilmədi. Bizə bu oyunda daha aqressiv futbolçular lazımdı. İsayevin bu görüşdə oynayıb-oynamayacağını hələ bilmirəm. Mənə elə gəlir ki, ona azacıq əminlik çatışmır. Amma sürəti yaxşıdı”.
 
Millimizin çalışdırıcısı Ariflə Vaqif Cavadovu müqayisə etmək istəmədiyini dilə gətirməklə yanaşı, sonuncudan narazılığını da gizlətməyib: “Gəlin bu oyunçuları müqayisə etməyəcək. Biri Azərbaycan Premyer Liqasında, digəri Türkiyə birinci liqasında top qovur”.
 
Almaniyalı mütəxəssis hələ hücum xəttində də kimi oynadacağını müəyyənləşdirməyib: “Hər şey məşqlərdən asılıdı. Ola bilər ki, həm Branimir Subaşiç, həm də Rüfət Dadaşov oynasın. Amma ən əsası odu ki, hücumlarımız sürətli və dəqiq zərbələrlə yekunlaşsın”.
 
Foqts “Neftçi” və “Qəbələ”nin yarımmüdafiəçiləri – Flavinyo ilə Dodonun millimizə dəvət olunmasına dair fikirlərə münasibətini açıqlayıb: “Bu suala cavab vermək istəmirəm. Bizim özümüzün onsuz da kifayət qədər yaxşı oyunçularımız var. Dodoyla Flavinyo Braziliya pasportunu daşıyır. Ona görə də onlar Azərbaycan yığmasında çıxış edə bilməzlər. Millinin baş məşqçisi kimi şəxsən komandada yerli oyunçuların olmasını daha çox istəyirəm. Həm də gördüyümüz işlərin bəhrə verməkdə olduğunu düşünürəm. Sadəcə, yerli futbolçular başa düşməlidilər ki, Ronaldo olmaq üçün öz üzərlərində durmadan çalışmaları lazımdı. Legionerlərin milliyə cəlb olunmasından biz heç nə qazanan deyilik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.