5 iyun 2013 15:10
“Rusiya ilə oyun mərkəzi arenada keçirilməlidi ki, onlar üzərində qələbəmizi daha çox azarkeş görsün”
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini istəyir. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında sözügedən məsələ ilə bağlı bunları dilə gətirib:
“Lüksemburqla oyunun “Bakcell Arena”da keçirilməsi tamamilə normaldı. Amma Rusiya ilə oyunumuzun “Tofiq Bəhramov”da keçirilməsini istərdim. Qoy onlar üzərində qələbəmizi daha çox azarkeşimiz görsün. Şimali İrlandiyanı da “Bakcell Arena”da qəbul etmək olar”.
