5 iyun 2013 15:25
Rəvandan daha iki transfer (FOTO)
"Rəvan” Futbol Klubu heyəti gücləndirmək yolunda əməli fəaliyyətini davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün daha 2 futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Hələ ki, yerli bazara üstünlük verən komanda Elvin Həsənəliyevin ardından daha 2 gənc futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Bunlar son mövsümü I divizion təmsilçisi "Neftçala”da keçirmiş 25 yaşlı qapıçı Fuad Əhmədov və 20 yaşlı yarımmüdafiəçi Ceyhun Cavadovdu.
Hər iki futbolçu ilə 2 illik sözləşmə imzalanıb.
