5 iyun 2013 16:49
Qəbələnin yeni transferi danışdı: Məqsədimizə çatmaq üçün...
“Qəbələ”nin yeni qapıçısı David Petrkeviç komandaya keçidindən sonra fikirlərini klub saytı ilə bölüşüb. Azerisport.az xəbər verir ki, qolkiper yeni klubu və gələcək karyerası barədə açıqlamalar verib:
“Yeni komandama mənə güvəndiklərinə görə təşəkkürümü bildirirəm. “Qəbələ” ilə müqavilə imzaladığıma görə özümü xoşbəxt hiss edirəm. “Qəbələ” haqda ətraflı məlumata malikəm və necə klub olduğundan, iddialarından xəbərdaram. Komandaya yeni məşqçi təyin olunub. Yuri Syomin hazırda yeni, güclü komanda qurur və bu komanda növbəti mövsümdə yuxarı yerlər üçün mübarizə aparacaq. Mən də “Qəbələ”nin məqsədinə çatması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Yeni məşqçinin məni seçməsi sevindirici haldır. Komandanın əsas qapıçısı olmaq üçün çalışacağam. Səbrsizliklə yeni mövsümü və azarkeşlərimizlə görüşümüzü gözləyirəm”.
