5 iyun 2013 16:54

“Neftçinin Avropa Liqasının qrup mərhələsində oynaması onların diqqətindən yayınmayıb”

“Neftçi”nin əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov İngiltərədə keçirilmiş beynəlxalq seminarda iştirak edib. Azerisport.az xəbər verir ki, məşqçi tədbir barədə təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb.
 
- İlk olaraq seminar barədə məlumat verərdiniz.
- İngiltərədə təşkil olunan seminarda yalnız qapıçılar üzrə məşqçilər iştirak edirdi. Tədbirə Avropanın “Mançester Yunayted”, “Çelsi”, “Ayaks”, “Deportivo” kimi məşhur futbol klublarının qapıçılar üzrə məşqçiləri qatılmışdı. Seminar müddətində qitənin 17 ölkəsindən gəlmiş məşqçilərlə təmasda oldum. Onu da deyim ki, MDB-dən seminarda yalnız Azərbaycan təmsil olundu və bu, “Neftçi” rəhbərliyinin dəstəyi ilə baş tutdu.
 
- Yəqin ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən final oyununu izlədiniz...
- Oyun keçirilən gün artıq Bakıda idim və bu oyunu stadiondan izlədim. Bildiyiniz kimi, bu qarşılaşmada oyunun taleyini 11 metrlik cərimə zərbələri həll etdi. Yeri gəlmişkən, seminarda müzakirə olunan əsas mövzulardan biri də məhz penalti seriyası zamanı qapıçıların psixoloji durumu idi. Bu mövzuda məşğələlərə “Mançester Yunayted”in qapıçılar üzrə məşqçisi Erik Stil başçılıq edirdi. Bu şəxs Peter Şmeyhel, Edvin van der Sar kimi qapıçıların məşqçisi olub və onun mühazirə zamanı toxunduğu mövzular bu günün aktual məsələləridi. Erik Stil Çempionlar Liqasının “Mançester Yunayted” və “Çelsi” arasında keçirilmiş final oyunu üzərində dayanaraq bir sıra psixoloji məqamlara aydınlıq gətirdi. Həmin oyunda penaltilər seriyasında “Mançester Yunayted”in “Çelsi”ni məğlub etməsində məhz qapıçı van der Sarın rolu böyük oldu. Rəqib futbolçuya psixoloji təzyiq göstərən qapıçı onun 11 metrlik zərbədən yararlana bilməməsinə nail oldu. Erik Stil həmin oyunu yada salaraq qapıçının həlledici anlarda təkcə fiziki deyil, həm də psixoloji cəhətdən rəqibə necə təsir edə bilməsini nümunə göstərdi.
 
- Seminarda təmsil olunan digər ölkələrin qapıçı məşqçiləri Azərbaycan futbolu haqda hansı təəssüratlara malik idilər?
- Seminar müddətində qapıçılar üzrə məşqçilər – İspaniyanın “Deportivo” klubundan Joze Sambade, “Ayaks”dan Yan Splinter kimi mütəxəssislərlə ünsiyyətdə oldum. Sevindirici haldı ki, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində oynaması onların diqqətindən yayınmayıb. Bu gün “Neftçi” qrup mərhələsində çıxış etməklə, Azərbaycanın adını biz təsəvvür etdiyimizdən də artıq tanıdıb.
 
- Bu kimi seminarların faydası az olmayacaq.
- Təbii ki, gənc bir məşqçi kimi mənim bu seminarda iştirakım təcrübə qazanmağım baxımından önəmli idi. Orada Avropa ölkələrinin müxtəlif futbol məktəblərinin ənənələri ilə tanış oldum. Onların təcrübəsini burada tətbiq edərək çox yaxşı nəticələrə nail olmaq mümkündü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.