5 iyun 2013 17:16
Qarabağ haqqında yazılan kitab ən yaxşılar arasında
“Qarabağ” futbol klubu və Qarabağ həqiqətləri haqqında araşdırmalar aparan, bunu kitab halına gətirən hollandiyalı jurnalist Artur Huzinqa haqqında daha öncə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, gənc yazarın “Nooit een thuiswedstrijd. Een voetbaloorlog in de Kaukasus” (Həmişə evsiz və ya səfərdə. Qafqazda futbol savaşı” adlı kitabı Hollandiyada ilin ən yaxşı idman nəşrləri nominasiyasına daxil olub.
“Qarabağ” və Qarabağ həqiqətləri haqqında ən çarpıçı və dolğun məlumatların yer aldığı kitabı eyni zamanda səsvermə ilə də qalib etmək olar. Bunun üçün http://www.weekvanhetsportboek.nl/publieksprijs/ linkinə daxil olub Artur Huzinqanın əsərlərini seçməli, ad, soyad bölməsini və sonda mail adresini yazıb ən sonuncu buttonla səsimizi qeyd etməliyik.
Artur Huzinqanın kitabının promo tanıtımında da sabiq futbolçu və məşhur jurnalist Jan van Halst da iştirak edib. (http://vimeo.com/67207406)
Qeyd edək ki, səsvermə 8 İyun 23:59-a kimi davam edəcək.
http://www.weekvanhetsportboek.nl/publieksprijs/
