5 iyun 2013 17:02

Beytarı Telman İsmayılov yox, Tamir Məcidov aldı

İsrailin Yerusəlim şəhərini təmsil edən “Beytar” futbol klubu Tamir Məcidova satılıb. Azerisport.az xəbər verir ki, bu barədə “Sport5.co.il” saytına klubun sahibi Arkadi Qaydamak açıqlama verib.
 
O bildirib ki, Çeçenistanda çalışan israilli biznesmen Məcidov hələlik klubun səhmlərinin 50 faizini alıb. Qalan səhmlər yaxın aylarda satılacaq. Qaydamakın sözlərinə görə, Məcidov klubu dərhal satın almağa hazır olduğu üçün təklifi qəbul edib. Əvvəllər “Beytar”a biznesmen Əli Təbib maraq göstərib. Onun namizədliyini isə Yerusəlim meriyası dəstəkləyib. Mümkün alıcılar sırasında azərbaycanlı milyarder Telman İsmayılovun da adı hallanıb.
 
Qaydamak, həmçinin deyib ki, Məcidov ən yaxın vaxtlarda komandaya 5 milyon dollaradək sərmayə qoyacaq. Bu da “Beytar”ın yenidən yüksək nəticələr göstərməsinə yardımçı olacaq.
 
Klubun yeni sahibi isə fanatların reaksiyasından qorxmadığını bildirib. Yerusəlimli azarkeşlər millətçi baxışları və qeyri-yəhudilərə nifrətləri ilə tanınırlar. Onların bir hissəsi “Terek”in futbolçuları Zaur Sadayev və Cəbrayıl Kadayevin “Beytar”a keçidini neqativ qarşılayıb. Fanatlar etiraz aksiyası keçirərək, oyunçuları təhqir ediblər.
 
Qeyd edək ki, Tamir Məcidov “Beytar”ın 2013-cü ilin əllərində Qroznıya səfərinin təşkilatçılarından olub. Yanvarın 9-da Çeçenistan paytaxtında “Beytar”la “Terek” arasında yoldaşlıq görüşü keçirilib. İsrail klubunun oyunçuları Qroznıda tikintisinə başlanılan sinaqoqu ziyarət ediblər. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.